Şabranda Heydər Əliyevin 100 illiyinə həsr olunan ağacəkmə aksiyası keçirilib

Bölgə
9 Nis 2023
17:47


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi və 2023-cü ilin "Heydər Əliyev ili" elan olunması ilə əlaqədar Gəndob-Xaçmaz-Yalama yolunun 121-ci km-də ağacəkmə aksiyası keçirilib.


"ZirveTv"-nin şimal bürosunun məlumatına görə, aksiyada Şabran Rayon İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri və könüllüləri, idarə, müəssisə, eləcə də rayon sakinləri iştirak ediblər.


Aksiya çərçivəsində Gəndob-Xaçmaz-Yalama magistralının Şabran şəhərinin ərazisindən keçən hissəsinə 350 ədəd şam ağacı əkilərək gübrələnib və suvarma işləri aparılıb.

Aksiyanın keçirilməsində əsas məqsəd ölkədə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət vermiş ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, ümummilli liderin yaşıllaşdırma ənənələri irsini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarət olub.