31 Mart Azərbaycanlılarının Soyqırım günü ilə əlaqədar “İnsanlığa sığmayan cinayət” adlı dəyirmi masa keçirildi

30.03.2023- cü il tarixdə Şabran rayon Heydər Əliyev Mərkəzi , Şabran rayon Gənclər və İdman İdarəsi və GİKM Şabran rayon bölməsinin birgə təşkilatçılığı ilə 31 Mart Azərbaycanlılarının Soyqırım günü ilə əlaqədar “İnsanlığa sığmayan cinayət” adlı dəyirmi masa keçirildi. Tədbirdə Heydər Əliyev Mərkəzi, Gənclər və İdman İdarəsinin kollektivi, ADPU-nin Quba filialının direktor müavini baş müəllim Mürvət Əliyev, YAP rayon təkilatının əməkdaşı Gülər Kərimova, media nümayəndəsi Günay Atayeva, T. Abbasov adına 1 saylı tam orta məktəbin tarix müəllimi Gülnarə Ağayeva iştirak edirdi.
Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Təvəkgül Əliyev açaraq qonaqları salamladı ,daha sonra tədbir çıxışlarla davam etdirildi ,tədbir qonaqları öz çıxışlarında bildirdilər ki, 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetirmişlər. Rəsmi mənbələrə əsasən, bu soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı amansızcasına öldürülmüş, on minlərlə insan itkin düşmüşdür.
Həmin dəhşətli günlərin şahidi olmuş Kulner familiyalı bir alman, 1925-ci ildə Bakı hadisələri barədə bunları yazmışdır: “Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdır. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər.” Gənc qadınların diri-diri divara mıxlanması, ermənilərin hücumundan sığınmağa çalışan iki min nəfərin yerləşdiyi şəhər xəstəxanasının yandırıldığı da bu dəhşətli faktlar sırasındadır.
Zirvetv.az














