Beyləqan rayonunda Novruz bayramı qeyd olunub

Bölgə
17 Mrt 2023
14:03


"ZirveTv" xəbər verir ki, Beyləqan rayon Peşə məktəbində "Novruz bayramı" və məktəbin "40 illik" yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə məktəbin rəhbərliyi, pedaqoji kollektivi, tələbələr, valideyinlər və rayon ictimayəti iştirak edib.

Tədbirdə ilk öncə dövlət himni oxunduqdan sonra torpağlarmızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı.

Daha sonra məktəbin direktoru Nazim Məmmədov çıxış edərək, təhsil ocağının fəaliyyəti, uğurları və gələcək hədəfləri haqda məlumat verib.

Həmçinin N.Məmmədov çıxışında Ulu Öndər Heydər Əliyevin ictimai-siyasi həyatından bəhs edib, daha sonra başda Ali Baş Komandan İlham Əliyev olmaqla torpaqlarımızın işğaldan azad olunmasından söz açıb.

Tədbir konsert proqramı ilə davam etdirilib.

Bayramınız mübarək!

//zirvetv.az/uploads/posts/2023-03/1679727668_mg-20230324-wa0067.jpg[/medium]