Xudatda motosikletçini avtomobil vurub

Bölgə
9 Mrt 2023
23:10


Xudat şəhərində motosikletçini avtomobil vurub.


"ZirveTv"-nin şimal bürosunun məlumatına görə, Xudat şəhəri mərkəzində "Mercedes" markalı minik avtomobili hərəkətdə olarkən motosikletlə toqquşub.

Hadisə nəticəsində motosikletdə olan iki nəfər, 2005-ci il təvəlludlü Ağalarov Eyvaz Valeh oglu və 2005-ci il təvəllüdlü Mikayılov Teymur Şahmir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar və həkim nəzarətinə götürülüblər.

Hadisənin təfərrüatı araşdırılır.