Quba rayonunda meşə ağacları məhv edilir

Bölgə / Fakt
2 Mrt 2023
13:00


Quba meşə massivinin 1-ci və 2-ci dolaylarının ərazisində diametri 100 mm-dən çox olan qiymətli ağac növləri kəsilib.

"ZirveTv" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə iddia olunur ki, massivin digər ərazilərində də kəsilən ağacların oduncaq kütləsi hələ də meşədə qalmaqdadır. Diametri 100 mm-dən çox olan qırılan ağaclar emal müəssisələrinə satılır.

Həmçinin iddia olunur ki,
Quba Meşə Mühafizəsi və Bərpası Müəssisəsi bu barədə xəbərdardır və göz yumur.

Yaranmış problemlə bağlı üz tutduq 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinə.
Suallarmızı cavablandırmaqdan boyun qaçıran şöbə rəisi Fərid Priyevdən fərqli olaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova "ZirveTv" - ye bildirdi ki, məsələ nəzarətə götürüləcək, faktlara əsasən araşdırma başladılacaq. Yekunda məsələyə hüquqi qiymət verilərək açıqlama veriləcək.