Füzulidə mina axtarışları zamanı insana məxsus olması ehtimal edilən sümüklər aşkarlanıb

Bölgə / Fakt
2 Mrt 2023
11:50



"ZirveTv" Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, Martın 1-də Füzuli rayonunun işğaldan azad edilmiş Qaraxanbəyli kəndi ərazisində mina-təmizləmə işləri aparılarkən insana məxsus olması ehtimal edilən bir ədəd kəllə sümüyü və digər sümük fraqmentləri aşkar edilib.

Faktla bağlı Füzuli rayon prokurorluğunda araşdırma aparılır.