Sabirabadda məsciddə yanğın

Bölgə
2 Tem 2021
08:34
Sabirabad rayonunda məsciddə yanğın olub.

"Zirvetv.az " APA-ya istinadən xəbər verir ki, yanğın rayonun Qaratoğay kənd məscidində baş verib.

Eyni zamanda digər bir məsciddə də yanğının baş verdiyi deyilir. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Sabirabad yanğından mühafizə bölməsinin canlı qüvvəsi və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.



Qaratoğay kənd məscidində baş verən yanğın qısa müddət ərzində söndürülüb.



***

FHN-in yaydığı məlumata görə, Sabirabad rayonunun Qaratuğay kəndində ümumi sahəsi 220 kvadrat metr olan birmərtəbəli məscid binasının yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.