Ceyhan terminalı ilə ilin əvvəlindən 48 milyon bareldən çox AÇG nefti yola

---
29 Mrt 2021
11:42
Türkiyənin "BOTAŞ International Limited" (BIL) şirkəti bugünədək Ceyhan neft terminalından 3,619 milyard barel neft nəql edib.

Zirvetv.az bu barədə şirkətə istinadən məlumat verir.

Bu günədək terminaldan "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağından neft daşıyan 4 726 tanker yola salınıb.

2021-ci ilin əvvəlindən Ceyhan neft terminalından 67 AÇG nefti daşıyan tanker və ya 48,4 milyon barel neft yola salınıb.