Brent markalı neftin qiyməti 61 dollardan aşağı düşüb

---
23 Mrt 2021
22:52
Brent" markalı neftin may fyuçerslərinin qiyməti Londonun "ICE" birjasında saat 21:49 (GMT+4) üçün 6 faiz ucuzlaşaraq 60,72 dollar/barel təşkil edib.

Zirvetv.az "TASS"a istinadən verdiyi məlumata görə, son dəfə Brent markalı neftin qiyməti fevralın 12-si 61 dollardan aşağı olub.

"WTI" markalı neftin may fyuçerslərinin qiyməti isə 5 faiz ucuzlaşaraq 58,1 dollar/barel təşkil edib.