Paşinyan Putini Brüssel görüşü barədə məlumatlandırıb

---
1 Haz 2022
14:51
Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.

“zirvetv.az” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı Kremlin Mətbuat xidməti yayıb.

Söhbət zamanı N.Paşinyan Vladimir Putinə mayın 22-si Brüsseldə Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə keçirdiyi görüş barədə məlumat verib.

Bununla yanaşı, tərəflər iki ölkə arasında aktual məsələlər barədə fikir mübadiləsi aparıblar.