Qalmaqaldan sonra ilk dəfə Avropa səhnəsinə çıxdı
Rusiyanın Xalq artisti, opera ifaçısı Anna Netrebko Rusiya-Ukrayna müharibəsi fonunda yaşadığı qalmaqaldan sonra ilk dəfə Avropa səhnəsində çıxış edib.
“zirvetv.az ” xəbər verir ki, o, Monte-Karlo operasının səhnəsində debüt edib. Netrebko Puççininin “Manon Lesko” operasında xəstələnmiş soprano Mariya Aqrestanı əvəz edib. Tamaşada, həmçinin onun həyat yoldaşı, Azərbaycanın Xalq artisti Yusif Eyvazov çıxış edib.
Y. Eyvazov instaqramda paylaşım edərək xanımını premyera münasibətilə təbrik edib.
Qeyd edək ki, A. Netrebkonun Rusiya-Ukrayna müharibəsi başlayandan mövqeyini bildirməməsi səbəbindən bir sıra nüfuzlu Avropa teatrları onunla əməkdaşlıqdan imtina etmişdi. Daha sonra o, Rusiyanın Ukraynaya qarşı aqressiyasını qınamışdı.