Ağdamda yol çəkən texnika minaya düşdü

---
18 Nis 2022
05:12
Ağdamda yol inşaatında işləyən tikinti texnikası minaya düşüb.

“zirvetv.az” xəbər verir ki, hadisə Ağdamın işğaldan azad edilmiş hissəsində baş verib.

Belə ki, Ağdam-Füzuli yolunun inşasında çalışan yol inşaatı texnikası Yusifcanlı kəndi ərazisində tank əleyhinə minaya düşüb.

Texnikanı idarə edən Fərzəliyev Alim xəsarət almayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən faktı APA-ya təsdiqləyiblər.

Bildirilib ki, faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.