90 günə 83 piyada, 46 sürücü ölüb - Azərbaycanda dəhşətli statistika

---
16 Nis 2022
09:11
2022-ci ilin ötən 3 ayı ərzində respublika ərazisində ölüm və xəsarətlə nəticələnən 403 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

“zirvetv.az_ın " məlumatına görə, bu hadisələr zamanı 183 nəfər həlak olub, 373 nəfər isə xəsarət alıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə hadisələrin sayı 27, ölənlərin sayı 58, yaralananların sayı isə 3 nəfər artıb.

Aparılan təhlillər zamanı 392 qəzanın məhz sürücülər tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində baş verdiyi müəyyənləşib. 9 halda piyadalar buna səbəb olub.

Bu qayda pozuntularının 158-i sürücülər tərəfindən avtomobilin yüksək sürətlə idarə edilməsi səbəbindən baş verib. 131 sürücü isə qarşıdan gələn maşının hərəkət zolağına çıxıb və ötmə qaydalarını pozub.

Yol qəzalarında həlak olan 183 nəfərdən 83-ü piyada, 46-ı sürücü, 53-ü sərnişib, 1-i isə digər hərəkət iştirakçısı olub.