Gürcüstan-Ermənistan sərhədində zəlzələ oldu

---
5 Nis 2022
12:20
Gürcüstan və Ermənistan sərhədində zəlzələ baş verib.

“zirvetv.az.” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti yayıb.

Məlumata görə, zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Episentrdə təkanların gücü 3 bal təşkil edib.

Zəlzələ Lori vilayətinin Paxaxpyur kəndində 2-3 bal gücündə hiss olunub.