Moskva Aİ-nin düşmənçilik hərəkətlərini cavabsız qoymayacaq”
Moskva Avropa İttifaqının düşmənçilik hərəkətlərini cavabsız qoymayacaq və ümid edir ki, Brüssel Rusiya ilə qarşıdurmanın onun maraqlarına uyğun olmadığını başa düşəcək”.
“zirvetv.az ” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Ümumavropa əməkdaşlığı departamentinin direktoru Nikolay Kobrinets müsahibəsində bildirib.
“Aİ-nin hərəkətləri cavabsız qalmayacaq. Aİ ölkələrində bəlkə də ona görə başa düşəcəklər ki, qarşıdurma onların maraqlarına uyğun deyil. Brüsselin məsuliyyətsiz sanksiyaları artıq sıravi avropalıların gündəlik həyatına mənfi təsir göstərir”, - diplomat bildirib.