Rüstəm İbrahimbəyovun dəfn olunacağı yer açıqlandı

---
15 Mrt 2022
12:48
Xalq yazıçısı Rüstəm İbrahimbəyovun dəfn olunacağı yer məlum olub.

Kinematoqrafçılar İttifaqının Mətbuat xidmətinin rəhbəri Əli Vəliyev “zirvetv.az_a" açıqlamasında bildirib ki, martın 16-da Rüstəm İbrahimbəyovla Nizami Kino Mərkəzində vida mərasimi başa çatdıqdan sonra o, I Fəxri xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, R. İbrahimbəyov martın 10-dan 11-nə keçən gecə Moskvada uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib.