Kamil Cəlilov vəfat etdi

---
23 Şub 2022
10:17
Xalq artisti, qoboy ifaçısı, bəstəkar və pedaqoq Kamil Cəlilov 84 yaşında vəfat edib.

“zirvetv.az ” xəbər verir ki, bu barədə jurnalist Əli Novruzəliyev instaqramda məlumat verib.

Qeyd edək ki, 1938-ci il yanvarın 29-da Buzovnada anadan olan Kamil Cəlilov qoboy alətini muğam janrına gətirən ilk ifaçıdır. Bəstəkar Fikrət Əmirovun qoboy və fortepiano üçün "Altı pyes"inin ilk ifaçısıdır.

Allah rəhmət eləsin!