Bir ailənin həlak olduğu yol təmir edilir

---
20 Şub 2022
12:42
Sumqayıtda dəhşətli qəzanın baş verdiyi yolda təmir işləri aparılır.

“zirvetv.az ” xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, işlər Bakı-Quba-Rusiya yolunun H.Z.Tağıyev qəsəbəsindən keçən hissəsində aparılır. Burada olan çökəkliklərə asfalt döşənir. Bunun üçün əraziyə xüsusi texnika cəlb edilib.

Xatırladaq ki, yolun bu hissəsində, fevralın 17-də avtomobil körpüdən aşıb. Nəticədə sürücü, 37 yaşlı Seymur Əliyev, onun həyat yoldaşı 23 yaşlı Fidan Ələkbərova və bir yaşlı övladları Həmzə Əliyev hadisə yerində ölüblər.