Tarix Muzeyinin Arxeoloji Kolleksiyasında Tədqiqat Aparılıb
Milli Azərbaycan Tarix Muzeyinin kolleksiyaları tərkibindən və dövründən asılı olmayaraq Azərbaycan tarixi və mədəniyyəti, o cümlədən arxeologiyası üçün əhəmiyyət kəsb edən maddi nümunələrlə zəngindir. Məhz bu zənginliyin nəticəsidir ki, həm yerli, həm də əcnəbi tədqiqatçılar öz araşdırmaları üçün muzeyə müraciət edirlər. Belə müraciətlərdən biri AMEA-nın Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Arxeoloji xidmət şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyeva tərəfindən edilib.
Bu barədə Zirvetv.az muzeydən məlumat verilib. Bildirilib ki, Z.Quliyeva doktorluq dissertasiyasının mövzusuna uyğun olaraq muzeyin arxeoloji kolleksiyasında yer almış I Kültəpə yaşayış yerinin neolit dövrü tapıntıları üzərində tədqiqatlar aparıb. Tədqiqat çərçivəsində həmin tapıntıların qrafik və foto şəkilləri çəkilib, ölçüləri götürülüb.
Bundan əlavə tapıntıların qeydiyyat nömrələri, tapılma vaxtları və məkanları ilə bağlı zəruri məlumatlar da qeydə alınıb.
Araşdırmalara martın 19-da yekun vurulub.