Ötən il 44 minə yaxın insan Ermənistanı tərk edib
Ötən il Ermənistanı tərk edən vətəndaşların sayı 43 874 nəfər təşkil edib.
“zirvetv.az” xəbər verir ki, bu barədə məlumat Ermənistan Milli Statistika Komitəsinin 2021-ci ildə respublikaya giriş-çıxışla bağlı yaydığı statistikada yer alıb.
Statistikaya əsasən, ötən il Ermənistana 1 629 891 nəfər gəlib, 1 673 765 isə gedib. Beləliklə, gələn və gedənlər arasında mənfi balans 43 874 nəfər təşkil edib. Bu isə ölkədə son beş ilin ən pis göstəricisi hesab olunur