Vaksinasiya ilə bağlı son vəziyyət

---
3 Şub 2022
16:11
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 38 436 vaksin vurulub.


“zirvetv.az Vaksinasiya ilə bağlı son vəziyyət
Vaksinasiya ilə bağlı son vəziyyət” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 080, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 921, “buster” doza üzrə isə 33 435 vaksin vurulub.

Vurulan vaksinlərin ümumi sayı 12 114 431, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 239 838, ikinci mərhələ üzrə 4 746 927 nəfər təşkil edir. Ümumilikdə isə 2 127 666 “buster” doza vurulub.