Əməkdar mədəniyyət işçisi vəfat etdi

---
3 Şub 2022
16:07
Əməkdar mədəniyyət işçisi, operator Nəriman Şıxəliyev vəfat edibil çalışdığı Azərbaycan Televiziyasının (AzTV) sosial media hesablarında məlumat verilib.

O, 87 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, N.Şıxəliyev 1934-cü il oktyabrın 14-də Bakıda anadan olub. AzTV yaranan gündən (1956) burada çalışıb. Əmək veteranı olan N. Şıxəliyev milli televiziyanın inkişafındakı böyük xidmətlərinə görə 1981-ci ildə “Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi” fəxri adına, 2006-cı ildə isə “Tərəqqi” medalına layiq görülüb.