Məktəbdə ölən şəxs “Azərişığ”ın əməkdaşı olub - Yenilənib

---
12 Ock 2022
11:32
Ağsuda 24 yaşlı gənc elektrik cərəyanı vurması nəticəsində ölüb.

“zirvetv.az ” xəbər verir ki, hadisə Soltan Umbayev adına 2 saylı orta məktəbdə baş verib.

Belə ki, Xəyal Şərifov adlı gənc təhsil ocağında sıradan çıxmış sayğacı dəyişdirərkən onu elektrik cərəyanı vurub.

Rayonun Qaraqoyunlu kənd sakininin ölümü ilə bağlı araşdırma aparılır.

***

Hadisə ilə bağlı Ağsu rayon prokurorluğu məlumat yayıb.

Bildirilib ki, Ağsu rayon sakini, “Azərişıq” ASC-nin Mərkəzi-Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinin Ağsu sahəsində sayğacquraşdırıcı texnik vəzifəsində işləyən 1988-ci il təvəllüdlü Xəyal Şərifovun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İstintaq davam edir.

Həmçinin oxuyun: MİDA direktorunun biznesmen oğlu məhkəməyə verildi - Borcunu ödəmir