Grammy” təxirə salındı

---
6 Ock 2022
09:52
Yanvarın 31-də Los-Ancelesdə baş tutması gözlənilən “Grammy” musiqi mükafatının təqdimetmə mərasimi koronavirusun “omicron” ştamının yayılması səbəbindən qeyri-müəyyən vaxtadək təxirə salınıb.

“zirvetv.az ” xəbər verir ki, bu barədə Milli İncəsənət və Səsyazma Texnologiyaları Akademiyasının saytında dərc olunmuş press-relizdə deyilir.

Tədbirin yeni keçirilmə tarixi daha sonra açıqlanacaq.

Qeyd edək ki, gözlənilən mükafatlandırılma mərasimində musiqiçilər 85 nominasiyada yarışacaqlar.