Sülhməramlılar Qarabağda 1960 hərbçinin cəsədini Ermənistan və Azərbaycana təhvil verib

---
9 Ara 2021
13:07
Rusiya sülhməramlıları Qarabağa yerləşdirildikdən sonra 1900-dən çox hərbçinin cəsədini Ermənistan və Azərbaycanın yerli hakimiyyət orqanlarına təhvil veriblər.

“zirvetv.az ” xəbər verir ki, bunu “TASS”a Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin komandanının müavini, Qarabağdakı Rusiya sülhməramlılarının keçmiş komandanı general-leytenant Rüstəm Muradov deyib.

“Rusiyalı sülhməramlılar Ermənistan və Azərbaycanın yerli hakimiyyət orqanlarına 1960 cəsəd təhvil verib. Axtarış tədbirlərini davam etdiririk”, - deyə Muradov bildirib.

O, həmçinin qeyd edib ki, hər iki tərəfdən 100-dən çox hərbçi əsirlikdən azad olunaraq vətənlərinə qaytarılıb.