Saakaşvili dövlət çevrilişi etməyi planlaşdırır - Gürcüstan DTX

---
6 Kas 2021
11:40
Gürcüstanın eks-Prezidenti Mixail Saakaşvili həbsxanadan dövlət çevrilişi etməyi planlaşdırır.

“zirvetv.az ” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Dövlət Təhlükəsizlik Xidmətinin nümayəndəsi Baça Mqeladze bildirib.

Onun sözlərinə görə, Gürcüstanda Saakaşviliyə dəstək məqsədilə keçirilən etiraz aksiyalarının iştirakçıları dövlət müəssisələrinin binalarını bloklamağı planlaşdırır. Mqeladze bildirib ki, dövlət çevrilişinə M. Saakaşvili rəhbərlik edir.

Həmçinin oxuyun: Saakaşvili insanların adlarını xatırlaya bilmir