Türkiyədə qəzada rus turistlər yaralandı - Sürücü saxlanıldı
---
31 Ekm 2021
20:36
Türkiyənin Antalya şəhərində rus turistlərin olduğu avtobus aşıb.
“zirvetv.az” Türkiyə mediasına istinadən xəbər verir ki, qəza nəticəsində 2-si uşaq olmaqla 9 turist yaralanıb. Yaralı uşaqların vəziyyəti ağırdır. Avtobusda ümumilikdə 12 sərnişin olub.
İddialara görə, qəzaya sürücünün sükan arxasında yuxulaması səbəb olub. Avtobusun sürücüsü Uğur Aktaş saxlanılıb.