Xarici diplomatlar Şuşada çörək bişirdi

---
11 Ekm 2021
16:37
Azərbaycan XİN-in sosial şəbəkə hesablarında ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri və xarici jurnalistlərin oktyabrın 9-u Şuşa şəhərinə səfərindən maraqlı fotolar paylaşılıb.

“lzirvetv.az_ın" xəbərinə görə, fotolardan xarici diplomat və jurnalistlərin Şuşada çörək sexinə baş çəkdiklərini görmək mümkündür.

Qonaqlar ziyarət zamanı birlikdə Şuşanın məşhur Qala çörəyini bişirib, daha sonradan dadına baxıblar.