Tovuzda qəzada 1 nəfər öldü, 3 nəfər yaralandı

---
5 Ekm 2021
09:47
Tovuz rayonunda ölümlə nəticələnən qəza baş verib.

“zirvetv.az Tovuzda qəzada 1 nəfər öldü, 3 nəfər yaralandı” xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun girişində qeydə alınıb.

Anar Əyyubovun idarə etdiyi “Toyota Land Cruiser” və Yasin Səməndərovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində “Mercedes”də olan sərnişin, 1996-cı il təvəllüdlü Samir Cəfərov ölüb. “Toyota”da olan Sərxan Namazov, Famil Cəfərov və Muxtar Rzayev xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.