Məşhur filmin çəkildiyi evi muzeyə çevirdilər
ABŞ-da Coni Deppin baş rolda çəkildiyi “Edvard qayçı-əllər” (1990) filminin çəkildiyi ev ekran işinin pərəstişkarları tərəfindən muzeyə çevrilib.
Bu barədə “zirvetv.az

” TMZ-yə istinadən xəbər verir.
Evin yeni sahibləri Coui Klops və onun həyat yoldaşı Filadelfiyadakı koteci “Qayçılar ölkəsi” adlandırıblar. Onlar onu artefaktlarla bəzəyib. Cütlük, həmçinin evdə kiçik təmir edib, orada Tim Bertonun filminin ab-havasını yaradıblar.
“Daily Mail”in məlumatına görə, ev ötən il 230 000 dollara alınıb. Ekskursiyalar bütün arzu edənlər üçün ödənişsizdir.