Dərbənddəki “AzDrama” üçün yeni bina tikiləcək

---
4 Ekm 2021
10:11
Dərbənddə Azərbaycan Dövlət Dram Teatrının binasında yenidənqurma işlərinə başlanılıb.

“zirvetv.az Dərbənddəki “AzDrama” üçün yeni bina tikiləcək” xəbər verir ki, bu barədə TASS-a Dərbənd administrasiyasından bildirilib.

“Dərbənd hakimiyyəti Azərbaycan Dövlət Dram Teatrının binasının yenidən qurulmasına başlayıb. Şəhər başçısı Rustambek Pirmaqomedov obyektin yenidən qurulması işləri ilə tanış olub”, - agentliyin həmsöhbəti deyib.

Onun sözlərinə görə, hazırda mövcud olan tikili onun tikintisi zamanı yol verilmiş pozuntulara görə söküləcək, bundan sonra yenisi inşa olunacaq.