İranda güclü zəlzələ

---
4 Ekm 2021
10:09
İranın qərbində 5,8 maqnitudalı zəlzələ baş verib.

“zirvetv.az ” xəbər verir ki, bu barədə məlumatı Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan filialı yayıb.

Məlumata əsasən, zəlzələnin episentri İranın Məscid Süleyman şəhərindən 47 km şimal-şərqdə, İraqla sərhədin təqribən 185 kilometrliyində yerləşib.

Dağıntılar barədə hələlik məlumat daxil olmayıb.