Rusiyada evdə partlayış - Ölənlər var

---
11 Eyl 2021
09:09
Rusiyanın Lipetsk vilayətində ikimərtəbəli yaşayış evində məişət qazının partlaması nəticəsində divar qismən aşıb.

“zirvetv.azRusiyada evdə partlayış - Ölənlər var ” xəbər verir ki, bu barədə TASS-a Rusiya FHN-dən bildirilib.

Məlumata görə, hadisə Yelets rayonunun Solidarnost qəsəbəsinin Şkolnaya küçəsində baş verib.

Xilasedicilər 1971-ci il təvəllüdlü qadının və 11 yaşlı qızın cansız bədənlərini dağıntılar altından çıxarıb. 6 nəfər, o cümlədən 2 uşaq xəsarət alıb.

Faktla bağlı cinayət işi açılıb.