Moskvada yaşayış binasındakı partlayışda ölənlərin sayı 5-ə çatdı
Rusiyanın Moskva vilayətinin Noqinsk şəhərində yaşayış binasında baş vermiş qaz partlayışı nəticəsində ölənlərin sayı 5-ə çatıb.
“zirvetv.az

ki” xəbər verir ki, bu barədə TASS Fövqəladə Hallar Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsinə istinadən bildirib.
“Dağıntılar altında beşinci mərhumun cəsədi tapılıb”, - agentliyin həmsöhbəti deyib.
Fövqəladə xidmətlərdə uşaq cəsədinin tapıldığını, iki nəfərin taleyinin bilinmədiyini bildiriblər.
Axtarış və xilasetmə əməliyyatı davam edir. Son məlumatlara görə, hadisə nəticəsində 15 nəfər, o cümlədən iki uşaq xəsarət alıb. Altı yaralı xəstəxanaya yerləşdirilib.