Rusiyada yaşayış evində yanğın, ölənlər var

---
27 Ağu 2021
07:49
Rusiyanın Yekaterinburq şəhərində çoxmərtəbəli yaşayış evində yanğın baş verib.

Bu barədə “zirvetv.az Rusiyada yaşayış evində yanğın, ölənlər var” TASS-a istinadən xəbər verir.

Hadisə şəhərin Miçurin küçəsi, ev 98 ünvanında qeydə alınıb.

Evdən 65 nəfər, o cümlədən 7 uşaq təxliyyə olunub, iki nəfər həyatını itirib.

Müstəntiqlər iki nəfərin ölümü ilə əlaqədar yoxlamaya başlayıblar.