Rusiyada altı zəlzələ baş verdi

---
24 Ağu 2021
09:19
Sakit okean akvatorisiyasının Kuril adaları (Rusiya) yaxınlığında və Saxalində 4,6 maqnitudayadək altı zəlzələ olub.

Bu barədə “zirvetv.az Rusiyada altı zəlzələ baş verdi” TASS-a istinadən xəbər verir .

Məlumata görə, 2,7 və 2,3 maqnitudalı iki zəlzələ Saxalinin mərkəzi hissəsində, 2,3-4,6 maqnitudalı daha dörd zəlzələ isə dənizdə Kuril adalarının şimal qrupunun yaxınlığında qeydə alınıb.

Seysmoloqların məlumatına görə, yerli sakinlər yeraltı təkanları hiss etməyib. Sunami xəbərdarlığı elan edilməyib.