Türkiyə xüsusi təyinatlıları Kabildə qadın tibb işçilərini xilas etdi

---
21 Ağu 2021
07:51
23 gün əvvəl Əfqanıstana gələn Türkiyənin səhiyyə işçilərindən beşi, o cümlədən iki qadın Kabildə tibb klinikasında köməksiz vəziyyətdə qalıb. Tibbi işçiləri sosial şəbəkələr vasitəsilə kömək istəyiblər, bundan sonra Türkiyənin təhlükəsizlik qüvvələri onları güvənli təxliyyə olunmaları üçün Həmid Karzay aeroportuna çatdırıb.

Bu barədə “zirvetv.az Türkiyə xüsusi təyinatlıları Kabildə qadın tibb işçilərini xilas etdi ” “Anadolu” agentliyinə istinadən xəbər verir.

“Çox qorxurduq. Bizə Türkiyənin xüsusi təyinatlı hərbçiləri və polisləri kömək etdilər. Dövlətimiz bizi burada qoymadı. Videonu dərc etdiyimizdən sonra bizimlə əlaqə saxladılar. Bizi polis xüsusi təyinatlıları xilas etdilər. Biz onlara çox minnətdarıq. Hər şeyə görə minnətdarıq”, - xilas olunan tibb işçisilərindən biri - Aleyna Tıkı danışıb.

Tibb işçiləri elə ilk təxliyyə reysi ilə Pakistana çatdırılacaq və oradan Türkiyəyə yola düşəcəklər.