Şabranda “Opel” Samur-Abşeron kanalına aşdı, ölən var

---
10 Ağu 2021
08:29
Şabranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Bu barədə "zirvetv.az Şabranda “Opel” Samur-Abşeron kanalına aşdı, ölən var" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Nazirliyin "112" qaynar telefon xəttinə rayonun Gəndov kəndində "Opel" markalı minik avtomobilinin Samur-Abşeron kanalına aşması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobilin sürücüsü, 1962-cı il təvəllüdlü Quliyev Mənsim Qəhrəman oğlunun meyitini su kanalından çıxararaq, aidiyyəti üzrə təhvil veriblər