BDU-nun dosenti vəfat etdi

---
20 Tem 2021
10:59
Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasının dosenti Yaşar Əliş oğlu Məmmədli vəfat edib.

"Zirvetv.az BDU-nun dosenti vəfat etdi" xəbər verir ki, bu barədə universitetin rəsmi feysbuk səhifəsində yazılıb.

64 yaşında dünyasını dəyişən Yaşar Məmmədli 1979-1985-ci illərdə BDU-nun Filologiya fakültəsində təhsil alıb. 1990-cı ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayıb. 2006-cı ildən BDU-nun Filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasının dosenti idi.