Maşın dərəyə aşdı - Yaralılar var

---
19 Tem 2021
23:23
Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Şəki rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

“zirvetv.az Maşın dərəyə aşdı - Yaralılar var məlumatına görə, hadisə axşam saatlarında qeydə alınıb.

Belə ki, minik avtomobili yoldan çıxaraq dərəyə aşıb və nəticədə, Bakı şəhər sakinləri - 1983-cü il təvəllüdlü Arzu Sevindik qızı Məlikova və onun qızı, 2002-ci il təvəllüdlü Səbinə Cavad qızı Məlikova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.