Şarl Mişel Şəhidlər xiyabanını ziyarət etdi

---
18 Tem 2021
09:28
Xəbər verdiyimiz kimi, Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Azərbaycana işgüzar səfər gəlib.

"Zirvetv.az Şarl Mişel Şəhidlər xiyabanını ziyarət etdi " xəbər verir ki, Şəhidlər xiyabanını ziyarət edən Ş. Mişel abidə kompleksi önünə əkil qoyub.

Qeyd edək ki, Aİ Şurasının Prezidenti Şarl Mişel Cənubi Qafqaz regionuna səfərdədir. O, iyulun 16-17 Ermənistanda səfərdə olub, Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan və Prezident Armen Sarkisyanla görüşüb. Bu gün isə o, Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək.