6 yaşlı uşaq su kanalında boğulub öldü

---
17 Tem 2021
09:04
Bakının Suraxanı rayonunda 6 yaşlı oğlan su kanalında boğularaq ölüb.

"Zirvetv.az " APA-ya istinadən xəbər verir ki, hadisə Əmircan qəsəbəsində baş verib.


6 yaşlı Elvin Süleymanov su kanalında çimərkən boğulub. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.