Bakıda 2 yaşlı körpə 3-cü mərtəbədən düşdü

---
16 Tem 2021
07:56
Bakıda azyaşlı yıxılaraq ağır xəsarət alıb.

"Zirvetv.azin Bakıda 2 yaşlı körpə 3-cü mərtəbədən düşdü "Report"a isnadən məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 2019-cu il təvəllüdlü Abdinov Zeynal Anar oğlu ehtiyatsızlıqdan yaşadığı binanın 3-cü mərtəbəsindən yerə yıxılaraq müxtəlif dərəcəli xəsarətlər alıb.

Körpə təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Müayinə zamanı ona qapalı kəllə-beyin və bədəninin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.

Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib. Komatoz vəziyyət müşahidə olunur.