Vaqif Mustafazadənin nəvəsi caz ifası ilə heyrətləndirdi

---
16 Tem 2021
07:49
Dünyaca məşhur caz ifaçısı və bəstəkar, Azərbaycanın Xalq artisti Əzizə Mustafazadə Almaniyanın Ştraubinq şəhərində konsert proqramı ilə çıxış edib.

“zirvetv.az ” xəbər verir ki, konsert proqramında Ə. Mustafazadə ilə bərabər onun oğlu – əfsanəvi babası Vaqif Mustafazadənin yolu ilə gedən gənc pianoçu Ramiz Xan da iştirak edib.

Tədbirdə “Blue Monk” caz standartını ifa edən R. Xan həm zaldakı tamaşaçıları, həm də instaqram sosial şəbəkəsindəki istifadəçiləri heyrətləndirib.

Qeyd edək ki, R. Xan Ə. Mustafazadənin “Generations” diskində təqdim olunmuş bir sıra kompozisiyaların həmmüəlifidir.