Putin Paşinyanla görüşdü

---
8 Tem 2021
08:36
Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın Moskvada görüşü olub.

“zirvetv.az” Rusiya mediasına istinadən xəbər verir ki, Putin yenidən Paşinyanı parlament seçkilərindəki qələbə münasibətilə təbrik edib.

Putin rəsmi və qeyri-rəsmi görüş zamanı son zamanlar müzakirə olunan və həlli tələb edilən məsələlərdən danışacaqlarına ümid etdiyini deyib.