Bakının bu ərazisi qaranlığa qərq oldu
Bakının Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi ərazisində yerləşən Şuşa şəhərciyi qaranlığa qərq olub.
"Zirvetv.az

" xəbər verir ki, artıq gün ərzində ikinci dəfədir şəhərcikdə elektrik enerjisinin verilişi dayandırılır.
Belə ki, əvvəlcə sözügedən ərazidə saat 17:30-da elektrik enerjisi kəsilib, yalnız 22:00-da bərpa olunub. Üzərindən iki saat keçəndən sonra anoloji hadisə təkrarlanıb.
Hazırda şəhərciyin bütün ərazisində elektrik enerjisi yoxdur.