Robert Dauni dünyasını dəyişdi
Amerikalı aktyor və rejissor Robert Dauni-böyük 85 yaşında dünyasını dəyişib.
Bu barədə “zirvetv.az

” “New York Daily News” qəzetinə istinadən xəbər verir.
Nəşrin məlumatına görə, Dauni-böyük 5 ildən çox idi ki, Parkinson sindromundan əziyyət çəkirdi. O, Nyu-Yorkda evdə vəfat edib.
Rejissor “Patni Svoup” (1969), “Qriser sarayı” (1972) və s. filmlərlə populyarlaşıb.
Onun oğlu Robert Dauni-kiçik də tanınmış aktyordur, atasının bir neçə filmində çəkilib