Supermen” filminin rejissoru dünyasını dəyişdi
Supermen” (Superman, 1978) filmini çəkmiş amerikalı rejissor Riçard Donner 91 yaşında dünyasını dəyişib.
Bu barədə “zirvetv.az ” “Variety” jurnalına istinadən xəbər verir.
Rejissorun vəfat etməsini onun kompaniyasında da təsdiqləyiblər, lakin ölüm səbəbi hələlik açıqlanmır.
Karyerası boyu Donner 70-dən çox film və teleserial çəkib. Onun “Ölümcül silah” (Lethal Weapon), “Meverik” (Maverick, 1994) və “Sui-qəsdin nəzəriyyəsi” (Conspiracy Theory, 1997) kimi işləri geniş tamaşaçı auditoriyasına tanışdır.
O, həmçinin 30-dan çox kinolentin, o cümlədən “X- adamlar” (X-Men, 2000) və “X-adamlar: Başlanğıc. Rosomaha”nın (X-Men Origins: Wolverine, 2009) prodüseri olub.