Xəzərdəki hadisə ilə bağlı araşdırmalara başlanılıb”
Xəzər dənizindəki partlayışla bağlı ilkin ehtimal palçıq vulkanının püskürməsidir".
"Zirvetv.az " xəbər verir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı deyib.
"Bununla bağlı artıq AMEA nəzdində RSXM -nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli mətbuata açıqlama da verib. Baş verən hadisə ilə bağlı dövlət qurumları tərəfindən araşdırmalara başlanılıb və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək", - deyə o qeyd edib.