Ölkədə vaksinasiya ilə bağlı son vəziyyət açıqlandı

---
3 Tem 2021
20:30
Bu gün Azərbaycanda koronavirus əleyhinə 69 718 vaksin vurulub.

“zirvetv.az ” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Birinci mərhələdə peyvənd olunanların sayı 31 055, ikinci mərhələ üzrə 38 663 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 3 740 447, birinci mərhələ üzrə vaksin olunanların sayı 2 321 863, ikinci mərhələ üzrə isə 1 418 584 nəfər təşkil edir.